Bakıda qırmızı işıqdan keçən avtomobil qəza törətdi - ANBAAN VİDEO

Bakıda qırmızı işıqdan keçən avtomobil qəza törətdi - ANBAAN VİDEO
09:28 19-05-2020 | icon 3089

Bakıda baş verən yol-nəqliyyat hadisəsinin görüntüləri yayılıb.

milletinsesi.info xəbər verir ki, hadisə ötən gün paytaxtın Nəsimi rayonu Azadlıq və Bakıxanov prospektlərinin kəsişməsində baş verib.

Hadisə zamanı “Mercedes” və “Kia” markalı avtomobillər toqquşub. Qəzaya “Kia”nın işıqforun qırmızı işığında keçməsi səbəb olub. 

Qəza nəticəsində nəqliyyat vasitələrinə ciddi zərər dəyib.

Həmin görüntüləri təqdim edirik:

Könül Cəfərli