Moskvada azərbaycanlıların çoxluq təşkil etdiyi bazarda aksiya: İcarə haqqına etiraz edirlər - VİDEO

Moskvada azərbaycanlıların çoxluq təşkil etdiyi bazarda aksiya: İcarə haqqına etiraz edirlər - VİDEO
19:07 15-05-2020 | icon 1212

Moskvada əsasını miqrantların təşkil etdiyi “Fud Siti” ticarət mərkəzində aksiya olub.  

“Baza” “Telegram” kanalının məlumatına görə, polislər aksiya iştirakçılarını sakitləşdirməyə və toplantını dağıtmağa çalışırlar. 

Etirazçı kütlənin əsas tələbi isə icarə haqlarının artırılması olub. Belə ki, daha əvvəl bazarda icarə haqqı beş min rubl idisə, bundan sonra qiymət iki min rubl artaraq yeddi minə çatıb. 

Maraqlıdır ki, etirazçılar rəhbərliyin ofisinə icarə haqlarının azaldılması tələbi ilə gəlsələr də, əksinə qiymətlərin qalxması faktı ilə qarşılaşıblar.

Yüzlərlə kişi rəhbərliyin ofisinin qarşısına toplaşaraq artıma etiraz ediblər.  

Qeyd edək ki, bu bazarda işləyənlərin böyük hissəsini azərbaycanlı miqrantlar təşkil edir.