İnsan alveri qurbanlarının Azərbaycandan aparıldığı ölkələr – SİYAHI

İnsan alveri qurbanlarının Azərbaycandan aparıldığı ölkələr – SİYAHI
18:28 14-05-2020 | icon 1027

Azərbaycanda 2019-cu ildə müəyyən edilmiş 91 insan alveri qurbanının 85-i qadın, beşi kişi və biri uşaqdır.

milletinsesi.info-ın xəbərinə görə, bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2019-cu il üzrə illik hesabatında bildirilir.

Qeyd olunub ki, həmin şəxslərdən 89-u Azərbaycan, ikisi isə Tacikistan və Özbəkistan vətəndaşlarıdır.

Onlardan 54-ü istismar məqsədilə Türkiyəyə, 16-sı Qətərə, səkkizi İrana, beşi Rusiyaya aparılıb.

Həmin şəxslərdən beşi Birləşmiş Ərəb Əmirliklərində, üçü isə Azərbaycanda istismara məruz qalıb.

Bundan başqa, Azərbaycanda 2019-cu ildə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 186 insan alveri faktı aşkarlanıb. Bu barədə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2019-cu il üzrə hesabatında yazılıb.

10 nəfərdən ibarət dörd cinayətkar qrupun zərərsizləşdirildiyi, barələrində axtarış elan olunmuş 35 nəfərdən 19-nun isə tutulduğu bildirilib.