Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazidə karantin rejimi ləğv edilir

Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı ərazidə karantin rejimi ləğv edilir
16:42 14-05-2020 | icon 1589

Gürcüstan hökuməti azərbaycanlıların kompakt yaşadığı ərazidə karantin rejimini ləğv edir.

Bununla bağlı “Sputnik Gürcüstan” ölkənin Baş naziri Giorgi Qaxariyanın açıqlamasına istinadla xəbər yayıb.

Onun sözlərinə görə, mayın 18-dən etibarən azərbaycanlıların kompakt yaşadığı bölgədə - Marneuli rayonunda sərt karantin rejimi aradan qaldırılır:

“Bu gün Rustavi və Qardabani şəhərlərinə giriş-çıxışa qoyulan bütün məhdudiyyətlər ləğv edilir. Bundan əlavə, mayın 18-dən etibarən Marneuli karantin zonası olmayacaq. Bu bölgənin sakinləri, digər ölkə vətəndaşları kimi problemsiz hərəkət edə biləcəklər”.

Qeyd edək ki, martın 23-dən etibarən Marneuli rayonu koronavirusun yayılması təhlükəsi səbəbindən karantin zonası elan olunmuşdu. Eyni səbəbdən Gürcüstanın Qardabani royuna giriş bağlanmışdı.