“Kürd Elnur”un qəsdən dərədən atdığı avtomobilin son görüntüləri - VİDEO

“Kürd Elnur”un qəsdən dərədən atdığı avtomobilin son görüntüləri - VİDEO
10:28 14-05-2020 | icon 3024

Sosial şəbəkələrdə bir neçə gün əvvəl qəsdən dərədən atılan BMW markalı avtomobilin son görüntüləri yayılıb.

milletinsesi.info xəbər verir ki, videoda avtomobilin yararsız vəziyyətə düşdüyü görünür. 

Xatırladaq ki, hadisə paytaxtın Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində baş verib.

Daxili İşlər Nazirliyi tərəfindən verilən məlumata görə, Bakıxanov qəsəbə sakini Zamin Babayev Suraxanı Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək, ona məxsus avtomobilin tanışı tərəfindən qaçırıldığını və dərəyə atıldığını bildirib. Müraciət əsasında avtomobili dərədən aşıran, dəfələrlə məhkum olunmuş Elnur Abbasov saxlanılıb, barəsində cinayət işi başlanıb.

Elnur Abbasov kriminal aləmdə “Kürd Elnur” kimi tanınıb.

Könül Cəfərli