Bakıda polis intihar etmək istəyən gənci belə xilas etdi - VİDEO

Bakıda polis intihar etmək istəyən gənci belə xilas etdi - VİDEO
11:14 11-05-2020 | icon 1500

Ötən gün paytaxtda intihar hadisəsinin qarşısı alınıb.

milletinsesi.info xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun “Neftçilər” stansiyası yaxınlığında qeydə alınıb.

Hadisəni əks etdirən görüntülər sosial şəbəkədə paylaşılıb.

Paylaşımda qeyd olunub ki, metro stansiyasının yaxınlığındakı körpünün üzərinə çıxan gənc intihar etmək istədiyini deyib.

Bu zaman Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının yaxınlıqda olan əməkdaşlarından biri hadisənin qarşısını alıb. 

Vətəndaşların sözlərinə görə, Çevik Polis Alayının serjantı Xanlar Nəcəfov intihar etməyə cəhd edən şəxsi xilas edib.

Həmin görüntüləri təqdim edirik:

Könül Cəfərli