Çimərlik mövsümü açılacaq?

Çimərlik mövsümü açılacaq?
13:42 10-05-2020 | icon 1313

"Artıq icazə qadağasının götürüldüyü, kafe və restoranların açıldığı və gediş-gəlişə icazə verilən rayonlar arasında sərnişindaşıma bərpa edilə bilər".

milletinsesi.info-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Sədr qeyd edib ki, ölkədə elan edilən xüsusi karantin rejmindən mərhələli çəkildə çımaq lazımdır:

"Sarı zonada yerləşən rayonlar arası ictimai nəqliyyat, sərnişindaşımanın təşkili ola bilsin ki, önümüzdəki həftələrdə bərpa edilsin. Bütün hallarda biz karantin rejimindən mərhələli şəkildə çıxacağıq. Hazırda çimərliklərin açılması gündəmdə deyil”.

Onun sözlərinə görə, bulvar və digər parkların açılması məsələsi də qarşıdakı həftələrdə müzakirə edilə bilər:

“Növbəti həftədə koronovirusa yoluxma və sağalanların sayı ilə bağlı statistikadan asılı olaraq çimərliklərin, idman zallarının və parkların açılmasına qərar verilə bilər. Bu barədə konkret olaraq fikir bildirmək olmaz. Bütün hallarda biz bu prosesləri mərhələli şəkildə aparacağıq” - deyə sədr əlavə edib.