“Rokun atası” kimi tanınan əfsanəvi musiqiçi vəfat etdi

“Rokun atası” kimi tanınan əfsanəvi musiqiçi vəfat etdi
09:35 10-05-2020 | icon 2149

Rok-n-roll janrının banilərindən biri, “rokun atası” kimi tanınan Litl Riçard (Riçard Penniman) vəfat edib.

Bu barədə “Rolling Stone” nəşri məlumat yayıb.

78 yaşında vəfat edən musiqiçinin oğlu Denni Penniman nəşrə məlumatında atasının ölüm səbəbinin məlum olmadığını bildirib.  

Litl Riçard özünü rok-n-roll janrının memarı və hazırkı kralı hesab edirdi. Onun ilk hiti “Tutti Frutti” mahnısı 1955-ci ildə çıxıb.