"Pulum qənd, çaya çatır, başqa heç nəyə yox"

"Pulum qənd, çaya çatır, başqa heç nəyə yox"
14:22 24-04-2020 | icon 1629

Bakının “Kubinka” adlanan ərazisində yaşayan bir neçə sakin karatin dövründə yaşayışlarının çətinləşdiyini deyir. Onlar dövlət büdcəsindən işsiz və işini itirən vətəndaşlar üçün ayrılan 190 manatlıq yardım üçün müraciət etsələr də, bəzilərinə yardım düşmədiyi ilə bağlı cavab gəlib, digərlərinə isə hələ cavab verilməyib.

Karantin rejimi mayın 4- nə qədər uzadılıb. Bu müddətə qədər sakinlər necə dolanacaqların bilmirlər.

Azərbaycanda indiyədək koronavirusa yoluxanların sayı 1548, sağalanların sayı 948, ölənlərin sayı 20 olub. Ölkə başçısı İlham Əliyev bu il martın 19-da koronavirusun ölkə iqtisadiyyatına, biznes və məşğulluğa mənfi təsirlərini azaltmaq məqsədilə sərəncam verib. Həmin sərəncamın icrası ilə bağlı ilkin olaraq 1 milyard manat ayrılıb. Sənədə əsasən, ilkin mərhələdə işsiz kimi qeydiyyatda olan 200 min insana da 190 manatlıq yardım verilməsi nəzərdə tutulurdu.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, müraciət edənlərdən artıq 290 min nəfərə birdəfəlik ödəniş edilib və bunun üçün köçürülən maliyyə vəsaitinin məbləği 55.1 milyon manatdır. Daha sonra yardım veriləcək şəxslərin sayı 600 minə qaldırılıb.