Məşhur futbolçu pandemiya ilə əlaqədar yoxsullaşan ailələrə yardım etdi - FOTO

Məşhur futbolçu pandemiya ilə əlaqədar yoxsullaşan ailələrə yardım etdi - FOTO
11:56 09-04-2020 | icon 237

“Yuventus”un yarımmüdafiəçisi Duqlas Kosta koronavirus səbəbindən ağır günlər keçirən vətəni Braziliyada ehtiyacı olan ailələrə yardım paylayıb.

Bu barədə “HaberGlobal” məlumat yayıb.

O, xeyriyyə fəaliyyətini rəfiqəsi və anası ilə birlikdə həyata keçirib.

Qeyd edək ki, Latın Amerikası ölkələri arasında Braziliya epidemiyadan ən çox zərər çəkmiş dövlətdir. Bu günə kimi ölkədə koronavirusa 16 195 yoluxma faktı qeydə alınıb, 822 nəfər isə xəstəlikdən ölüb.