Meyvezerin qızı həbs olundu

Meyvezerin qızı həbs olundu
02:00 05-04-2020 | icon 240

Amerikalı boksçu Floyd Meyvezerin qızı Lianna həbs olunub.

TMZ-nin məlumatına görə, qız hücum və soyuq silah istifadəsində ittiham olunur.

Boksçunun qızı ilə digər bir qız arasında münaqişə yaşanıb. Belə ki, Lianna öz sevgilisi repçi NBA Youngboyu başqa qızla tutub.

Qızlar arasında dava düşüb. Nəticədə Lianna əlinə bıçaq alaraq rəqibinə hücum edib.

Hadisə yerinə gələn polislər Liannanı həbs ediblər.