“Armani” brendi tibbi xalat istehsalına keçdi

“Armani” brendi tibbi xalat istehsalına keçdi
03:56 27-03-2020 | icon 463

Dünya şöhrətli “Armani” brendi müvəqqəti olaraq  öz istehsal gücünü yeni səmtə yönəldib.

“Repubblica” qəzeti xəbər verir ki, brend hal-hazırda koronavirusla mübarizə aparan həkimlər üçün birdəfəlik tibb xalatları istehsal edir.

Bundan əlavə, moda evinin təsisçisi Corcio Armani virusun yayılmasınını qarşısını almaq üçün bir neçə milyon avro vəsait ayırıb.