Ürək xəstəlikləri koronavirusdan ölüm riskini dörd dəfə artırır

Ürək xəstəlikləri koronavirusdan ölüm riskini dörd dəfə artırır
03:28 27-03-2020 | icon 287

Çinli mediklər araşdırmalar apararaq belə bir qənaətə gəliblər ki, ağır ürək-damar problemləri koronavirusdan ölmək riskini ciddi sürətdə yüksəldir.

“AiF” xəbər verir ki, alimlər güman edir ki, virus birbaşa ürəyin əzələ hüceyrələrli ilə təmas edir.

Məlumata əsasən, bu hüceyrlərdə koronavirus üçün qapıları açan ACE2 reseptorları mövcuddur.

“Araşdırmalar onu göstərib ki, Uhanda hər beş xəstədən birində ürək və damar problemləri olub. Məhz buna görə ölüm səviyyəsi orada yüksək olub”, - deyə alimlər qeyd edir.