İtaliyada koronavirusa yoluxan tibb bacısı intihar etdi - FOTO

İtaliyada koronavirusa yoluxan tibb bacısı intihar etdi - FOTO
07:21 26-03-2020 | icon 47

İtaliyada koronavirusa yoluxduğunu öyrənən 34 yaşlı tibb bacısı Daniela Treççi intihar edib.

“Daily Mail” xəbər verir ki, Treççi Lombaridya əyalətində yerləşən xəstəxanalardan birində çalışırdı.

Onun tanışları Danielanın güclü stressdən əziyyət çəkdiyini bildirib.

“Daniela elə bildirdi ki, Lombardiyanın Monça şəhərində işləyərkən oradakı insanları koronavirusa yoluxdurb. Vicdan əzabına tab gətirməyərək intihar edib”, - deyə tibb bacısının yaxınları bildirib.