Dünyada koronavirusa yoluxanların sayı 414 min nəfərə çatdı

Dünyada koronavirusa yoluxanların sayı 414 min nəfərə çatdı
04:50 26-03-2020 | icon 58

Dünyada koronavirusa yoluxanların sayı 414 min 179 nəfərə çatıb, 18 min 440 nəfər isə xəstəlikdən dünyasını dəyişib.

“RİA Novosti” xəbər verir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatı bəyanat verib.

Koronavirusa ən çox insan Avropada yoluxub – 220 min nəfər. Həmçinin xəstəlikdən ən çox insan məhz Avropada vəfat edib (12 min nəfər).

Qeyd etmək lazımdır ki, xəstəliyə ən az yoluxma (1644 nəfər) və onun səbəbindən ölüm halları (29 nəfər) Afrikada təsbit edilib.

Ötən gün ərzində Laos və Liviya ilk yoluxma barəsində məlumat yayıb.