Vəkillər koronavirusa qarşı mübarizəni dəstəkləyir

Vəkillər koronavirusa qarşı mübarizəni dəstəkləyir
12:07 24-03-2020 | icon 590

Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə ölkəmizdə koronavirusla (COVID-19) mübarizə çərçivəsində Prezident İlham Əliyevin çağırışına dəstək olaraq, Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat vəsait köçürülüb.

Dövlət başçısının təşəbbüsü ilə başladılan və ölkə ictimaiyyətinin bütün təbəqələri tərəfindən həmrəy şəkildə dəstəklənən kampaniyaya vəkillər də biganə qalmayıb. Vəkillər tərəfindən fərdi təşəbbüslərlə Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülmələri edilib.

Vəkillər Kollegiyası koronavirusa qarşı ölkədə həyata keçirilən tədbirləri alqışlayır. Onlar bu mübarizədə hər zaman dövlətimizin, habelə prosesə dəstək verən hər kəsin yanında olduğunu və dövlətimizin bu pandemiyaya qalib gələcəyinə əminliyini bəyan edirlər. 

Vəkillər Kollegiyasının üzvləri Prezident İlham Əliyevin təşəbbüsünü dəstəklədiklərini bildiriblər.

Dəstək Fonduna köçürülmüş vəsait Vəkilliyin İnkişaf Fonduna vəkillərin ödədikləri order markasından (xərcindən) yığılan vəsait hesabına köçürüldüyündən, aksiyada bütün Kollegiya üzvlərinin iştirakı təmin olunub.