Azərbaycan-Gürcüstan sərhədi aprelin 20-dək bağlı qalacaq 

Azərbaycan-Gürcüstan sərhədi aprelin 20-dək bağlı qalacaq 
01:07 24-03-2020 | icon 624

Azərbaycan və Gürcüstan vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi və sağlamlığının qorunması məqsədilə 2020-ci il 13 mart tarixində qəbul edilmiş dövlət sərhədinin müvəqqəti bağlanması barədə qərarın müddəti aprelin 20-dək uzadılıb.

milletinsesi.info-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu barədə məlumat verilib.

Yükdaşımaların həyata keçirilməsi üçün tranzit dəhliz fəaliyyət göstərir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, vətəndaşların gəlməsi üçün zəruri tədbirlər həyata keçirilir. Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib ki, vətəndaşlarımız xarici ölkələrdə karantin rejiminə əməl etsinlər və səyahətlərdən uzaq dursunlar: “Vətəndaşların özünütəcrid rejimində yeri və şəraiti varsa, həmin ölkənin kanarantin rejiminə əməl edərək, qalması vacibdir. Azərbaycan dövləti hər bir vətəndaşın yanındadır”.