Xüsusi karantin rejimin tələblərinin icrasına nəzarət DİN-ə tapşırıldı

Xüsusi karantin rejimin tələblərinin icrasına nəzarət DİN-ə tapşırıldı
21:07 23-03-2020 | icon 71

Xüsusi karantin rejimin tələblərinin icrasına nəzarət Azərbaycan Respublikasının Daxil İşlər Nazirliyinə (DİN) həvalə edilib. 

Bu barədə bu gün Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. 

 

İctimai iaşə müəssisələrində xidmət vaxtı saat 12.00-15.00 arası olacaq

 

Azərbaycanda ictimai iaşə müəssisələrinə yeni iş rejimi tətbiq olunacaq. Bu barədə bu gün Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub. Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.

Qərara əsasən ictimai iaşə müəssisələrində müştərilərə yerində xidmət vaxtı saat 12.00-15.00 arası müəyyən edilir. Evə götürmə, çatdırma və onlayn satışlara məhdudiyyətsiz icazə verilir.

 

Azərbaycanda qrup halında toplaşmağa qadağa qoyuldu 

Azərbaycanda ictimai yerlərdə, o cümlədən, küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan olunub. Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah qərar qəbul edib. 

 

Azərbaycanda yaşlı şəxslərin evdən çıxması qadağan olundu 

 

Azərbaycanda 65 yaşdan yuxarı insanların evdən çıxması qadağan edilib. Bu barədə Nazirlər Kabineti yanında operativ qərargah qərar qəbul edib.  Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin edilməlidir.

Qeyd edək ki, Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilir.