Anbarların azlığı təsərrüfat sahiblərini narahat edir - VİDEO

Anbarların azlığı təsərrüfat sahiblərini narahat edir - VİDEO
01:56 20-03-2020 | icon 4765

Astara rayon sakinləri sitrus meyvələrinin satışı mərhələli şəkildə həyata keçirildiyi üçün anbar tapmaqda çətinlik çəkirlər.

Baku.Tv xəbər verir ki, bu meyvələr cənub bölgəsində yaşayan sakinlərin əsas dolanışıq mənbəyi hesab olunur. 

Təsərrüfatçılar bildirir ki, normal anbarlar olarsa, həmin meyvələri aprelə qədər saxlamaq mümkündür. Anbarların tutumu az olduğundan, təsərrüfat sahibləri meyvənin bir hissəsini dərildikdən dərhal sonra daha ucuz qiymətə satırlar. Bu da sərfəli deyil. 

Qeyd edək ki, Kijəbə qəsəbəsi Astara rayonunda sitrus meyvələrinin yetişdirilməsində böyük pay sahibidir. Burada bağlardan tədarük olunan müxtəlif sitrus meyvələri yerli bazarlarla yanaşı, xarici ölkələrə, xüsusilə, qonşu Rusiyaya ixrac olunur.