ATƏT-in Minsk Qrupunun həmsədrləri koronavirusa görə atəşkəs rejiminə ciddi şəkildə əməl etməyə çağırırlar

ATƏT-in Minsk Qrupunun həmsədrləri koronavirusa görə atəşkəs rejiminə ciddi şəkildə əməl etməyə çağırırlar
20:00 19-03-2020 | icon 428

ATƏT-in Minsk Qrupunun həmsədrləri bəyanat yayıb.

Bu barədə xəbər qurumun saytında yer alıb. 

Bəyanatda deyilir: 

“COVID-19-un yayılması nəticəsində meydana gələn müstəsna vəziyyətlə əlaqədar ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi tərəfindən aparılan monitorinqlərin dayandırılmasını nəzərə alaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri (İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şofer (ABŞ)) tərəfləri atəşkəs rejiminə ciddi şəkildə əməl etməyə və bu müddətdə gərginliyi artıra biləcək hər hansı təxribatçı hərəkətdən çəkinmək öhdəliyinə bir daha sadiq qalmağa çağırır.

Bölgənin tibbi qaynaqlarının yalnız virusun yayılmasına qarşı mübarizə aparmaq və virusa yoluxanların müalicəsinə həsr edilməli olduğunu nəzərə alaraq, mövcud birbaşa rabitə əlaqələrindən maksimum istifadə etməklə, eskalasiya riskini azaltmaq üçün tərəfləri mümkün olan ən yüksək təmkin nümayiş etdirməyə çağırırıq. Beynəlxalq səyahətlərə tətbiq olunan ciddi məhdudiyyətlərə baxmayaraq, həmsədrlər vasitəçilik səylərini fasiləsiz şəkildə davam etdirəcək, bir-biri ilə və tərəflərlə sıx əlaqədə olacaqlar”.