Koronavirusa görə cazibədar aktrisanın həyatındakı mühüm dəyişiklik təxirə düşdü – FOTO

Koronavirusa görə cazibədar aktrisanın həyatındakı mühüm dəyişiklik təxirə düşdü – FOTO
11:49 19-03-2020 | icon 281

Amerikalı aktrisa Emma Stoun koronavirus epidemiyasına görə toyunu təxirə salmalı olub.

Bu barədə “Daily Mail” xəbər yayıb.

Məlumata görə, 31 yaşlı Hollivud ulduzunun prodüser və rejissor Deyv Makkeri ilə toyu ötən bazar gününə təyin olunubmuş.

Ancaq şəhərdə tətbiq olunan karantin rejiminə və yeni yoluxma hallarına görə sevgililər mərasimi başqa vaxta keçirmək qərarına gəliblər.

Nikah gününün yeni tarixi hələlik təyin olunmayıb.