Birinci sinfə elektron qeydiyyat dayandırılır

Birinci sinfə elektron qeydiyyat dayandırılır
10:49 19-03-2020 | icon 624

Martın 19-da, saat 16:00-dan etibarən birinci sinfə elektron qeydiyyat müvəqqəti dayandırılır. 

Təhsil Nazirliyindən verilən məlumata görə, elektron qeydiyyat sistemi martın 29-u saat 12:00-dan etibarən yenidən aktivləşəcək.

Qeyd edək ki, 2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu www.mektebeqebul.edu.az sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Birinci sinfə elektron qeydiyyat prosesinə martın 10-dan start verilib.