Dünya azərbaycanlılarından koronavirus həmrəyliyi - VİDEO

Dünya azərbaycanlılarından koronavirus həmrəyliyi - VİDEO
16:42 18-03-2020 | icon 604

Bir neçə gündür ki, müxtəlif ölkələrdə yaşayan azərbaycanlılar sosial şəbəkələr vasitəsilə biri-birinə dəstək olur, yardım təklif edirlər. Belə yardımlar, əsasən, qalmaq üçün yer və ərzaq məhsulları ilə təminatı nəzərdə tutur. 

Həmyerlilərinin köməyindən yararlanan bir neçə azərbaycanlı BAKU TV vasitəsilə həmin insanlara öz təşəkkürlərini bildiriblər. 

Cənubi Koreyada təhsil alan tələbə soydaşlarımızın bu örnək addımı Azərbaycanda da sosial şəbəkələr vasitəsilə çox böyük rəğbətlə qarşılanıb və bu ənənə hələ də davam edir. Çünki xaricdə təhsil alan və vətənə qayıtmasını gözləyən yüzlərlə tələbəmiz var.