Sələmə pul verən bankirlər kimlərdi?

Sələmə pul verən bankirlər kimlərdi?
16:28 18-03-2020 | icon 1695

Ölkənin ən səs-küylü məhkəmə proseslərindən olan “Günay Bank”ın idarə heyətinin sədr müavini işləmiş  Emin Zeynalovun məhkəmə prosesi bitmək üzrədir. 

“Yeni Sabah”ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilinən Emin Zeynalovun 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Hələlik məhkəmə çıxışları davam edir. 

Qeyd edək ki, məlum cinayət işində əsasən hazırda bank sistemində çalışan 20 nəfər şəxs zərərçəkmiş qismində tanındı. Onlardan ən çox ziyan çəkən 4,5 milyon, ən az ziyan çəkən isə 20 min ABŞ dollarıdır. Cinayət işində zərərçəkənlərin adlarına nəzər saldıqda bir çox tanınmış bankirlərin, sahibkarların, dövlət vəzifələrində işləyənlərin adlarına rast gəldik. Bu barədə mətbuatda bir çox məqalələr verilsədə konkret olaraq zərərçəkənlərin hansı vəzifələri daşıması barədə məlumatlar getməyib. Adlarını sadalayacağımız şəxslər hamısı bank sistemində yüksək vəzifə tutmuş şəxslərdi.

Tural Şamil oğlu Bağırov - “Azərbaycan Beynəlxalq Bankı”n Sumqayıt filialının müdiri – 800 min dollar, 100 min manat, Fərid Məmməd oğlu Məmmədov - “Azərbaycan Beynəlxalq Bankı”, “Texnika Bank” ASC-də müxtəlif vəzifələrdə, “Günay Bank” ASC-nin 3 saylı filialının müdiri, hazırda işsiz- 1milyon manat dollar, Əmrah Yunis oğlu İldırımzadə - “Əmrah Bank”ın səhmdarlarından biri- 300 min dollar, Məmmədova Xalidə Firudin qızı - “Günay Bank”ın 4 saylı filialının keçmiş müdiri- 143 min dollar, Heydər Tofiq oğlu Süleymanov - “Kapital Bank”da Korporativ satış departamentində direktor - 134 min dollar faizə pul verməklə ziyana düşüblər. 

Sual olunur ki, sələmçiliklə məşğul olan böyük kapital sahibləri görəsən bilmirdilər ki, biznes fəaliyyətində həyata keçirilən əməliyyatlarda yüksək faizlə gəlir olduğu kimi, biznes əməliyyatlarının spesifikasından irəli gələn tərəflər arasında qarşılıqlı təhlükəsizlik-zərər və itkilərin olması ehtimali nəzərə alınmamışdı. Belə olan halda mütləq olaraq itkilər gözləntiləri üstələmişdir, nəticədə fors major vəziyyət yaranmışdır. Göründüyü kimi tərəflər arasında bu halları nəzərə ala bilmirlərsə vay bankilrkəri idarə edən sələmçi bankirlərin halına.

Sonda qeyd edək ki, bu hələ bir cinayət işində adları sadalanan bankirlərdir. Əhaliyə yüksək faizlə pul verən bank sahibləri bununla qane olmayaraq qeyri-rəsmi olaraq rəhbər olduqları bankın pullarını müxtəlif şəxslərə faizə verməklə yüksək gəlirlər əldə ediblər. Sonda isə məhkəmə, polis qapılarına düşməklə özlərini zərərçəkmiş qismində tanıdıblar. Halbuki zərərçəkmiş kimi tanınan bankirlər milyonlara sahibdilər... 

Azər İsrafilov