Bakıda bu yol “Venesiya”ya çevrildi - VİDEO

Bakıda bu yol “Venesiya”ya çevrildi - VİDEO
10:28 16-03-2020 | icon 2674

Bakıda kanalizasiya xəttinin sıradan çıxması avtomobillərin hərəkətində çətinlik yaradıb. 

milletinsesi.info xəbər verir ki, görüntülər Bakının Binəqədi rayonunda “Baksol yolu” deyilən ərazidə qeydə alınıb. 

Videodan görünür ki, avtomobil yolunda suyun dərinliyi yarım metrə qədər qalxıb. 

Bu səbəbdən yoldan istifadə edən avtomobillər çətinliklə üzləşib, maşınların bəziləri bu ərazini keçə bilməyib və xarab olub.