Bakıda eyni binanın damında son bir ayda ikinci dəfə yanğın baş verib – VİDEO

Bakıda eyni binanın damında son bir ayda ikinci dəfə yanğın baş verib – VİDEO
08:00 06-03-2020 | icon 1629

Bakının Nəsimi rayonu 28 may və Rəşid Behbudov küçələrinin kəsişməsində yerləşən yaşayış binasının damında son bir ayda ikinci yanğın hadisəsi baş verib.

milletinsesi.info xəbər verir ki, dərhal əraziyə FHN-nin Yanğından Mühafizə xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Baş verə biləcək hadisələrin qarşısını almaq üçün ətraf küçələrdə avtomobillərin hərəkətləri məhdudlaşdırılıb.

Onu da qeyd edək ki, sözügedən binada fevralın 20-də daha br yanğın qeydə alınmışdı.

Faktla bağlı müvaiq araşdırma aparılır.