O qızın kimliyi açıqlandı, sən demə… - FOTO

O qızın kimliyi açıqlandı, sən demə… - FOTO
13:07 29-02-2020 | icon 196

“New York Magazine” nəşrinin jurnalisti məşhur fotoda yanğınsöndürəni öpən qızın kimliyini açıqlayıb. Məlum olub ki, bu, ABŞ Prezidenti Donald Trampın indiki arvadı Melaniya Knaussdur.

Qeyd edək ki, fotoda hələ o zamanlar model olan Melaniya Knauss yanğınsöndürənlərin uniformasını geyinən Daniel Keyni öpür. 

Keyn həmin vaxt modeli tanımadığını bildirmişdi:

“Saç düzümümü hazırlayan şəxs məndən modeli tanıyıb-tanımadığını soruşdu. Mən tanımadığımı dedim. O da dedi ki, bu Donald Trampın sevgilisi Melaniya Knaussdur”.

O vurğulayıb ki, jurnalın üz qabığı yüzlərlə şəklin içindən seçilib.

Qeyd edək ki, jurnalın redaktorları Alfred Ayzenştadın 1945-ci ildə çəkdiyi və tibb bacısı ilə dənizçinin öpüşdüyü məşhur fotonu yenidən canlandırmaq istəyiblər. Çəkilişin müəllifi fotoqraf Firuz Zahididir.