Andrey Qerus: “Ukrayna Azərbaycandan Belarusa neft nəqlinə kömək edəcək” - MÜSAHİBƏ

Andrey Qerus: “Ukrayna Azərbaycandan Belarusa neft nəqlinə kömək edəcək” - MÜSAHİBƏ
12:07 29-02-2020 | icon 237

Azərbaycan neftinin Belarusa tədarükünü ucuzlaşdıracaq “Odessa-Brodı” neft boru kəmərinin istifadəyə verilməsi Ukrayna tərəfi üçün də əlverişli olacaq.

Bu barədə Ukrayna Ali Radasının Energetika məsələləri üzrə Komitəsinin rəhbəri Andrey Qerus Media.Az-a müsahibəsində bildirib.

Xatırladaq ki, Minsk alternativ neft tədarük mənbələri axtarır. Artıq Azərbaycanla da razılaşma var. Mart ayında ilk tankerin göndəriləcəyi . Belarusun Antiinhisar Tənzimlənməsi və Ticarət Nazirliyi Brodı - Mozır – “Mozır Neft Emalı zavodu” ASC marşrutu ilə neft nəqli üçün yeni tariflər müəyyən edib.

Belarusda emal üçün nəzərdə tutulmuş neft tankerləri Odessa limanına, oradan da neft boru kəməri vasitəsilə Brodı məntəqəsinə çatdırılacaq.

- Belarus Azərbaycan neftini alır və bunun üçün “Odessa-Brodı” neft boru kəmərini istifadə etməyə hazırlaşır...

- İnfrastrukturumuzun istifadə olunmasında maraqlıyıq. Söhbət həm qaz, həm də neft boru kəmərlərindən gedir. Əlbəttə, texniki detallar var, ancaq bu, həll oluna bilən problemdir. Əsas odur ki, infrastrukturumuz həm Ukraynaya, həm də digər ölkələrə xeyir versin. Bütün bunların işə yaraması bizim maraqlarımıza uyğundur.

Ukraynanın Belarusla, o cümlədən, prezidentlər və hökumətlər səviyyəsində normal dialoqu var. Əlbəttə ki, öyrənilməli olan texniki detallar var.

Ancaq ümumi bir anlaşma baxımından (Ukrayna, Azərbaycan və Belarus arasında əməkdaşlıq mövzusunda - red.) suallar yoxdur. Bu layihənin işləməsi üçün hər şey ediləcək.