Buldoq liftdə azyaşlıya hücum etdi - VİDEO

Buldoq liftdə azyaşlıya hücum etdi - VİDEO
12:00 29-02-2020 | icon 75

Braziliyada buldoq cinsindən olan it ananın gözü qarşısında uşağa hücum edib.

“Haber7” xəbər verir ki, hadisə liftdə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Xoşbəxtlikdən hadisə yerində olan kişi ana və övladını itin hücumundan qoruyub.

Liftin qapıları açılan kimi ana uşağını da götürərək, oradan uzaqlaşıb.