Xalq artistinin ölümünün təfərrüatı: Nəvəsigilə qonaq gedirmiş... - FOTO

Xalq artistinin ölümünün təfərrüatı: Nəvəsigilə qonaq gedirmiş... - FOTO
10:56 29-02-2020 | icon 733

Xalq artisti Ağaxan Salmanlı maşında vəfat edib.

Bu barədə Qaynarinfo-ya aktyor İlham Əsədov məlumat verib.
 
O qeyd edib ki, fevralın 28-də mərhumun nəvəsi Ləman Salmanovanın toy mərasimi olub:

“Hamı orada olub. Əhvalı da lap əla imiş. Ailəsinin dediyinə görə, gecə narahatlığı olmayıb. Nəvəsigilə qonaq gedirmiş. Elə əlində şirniyyat maşında ölüb. Çox pis olduq”.

Qeyd edək ki, Xalq artisti Ağaxan Salmanlı bu saatlarda vəfat edib.