Ekspertdən sensasion iddia: “İdlibdəki qanlı əməliyyatı İran başladıb”

Ekspertdən sensasion iddia: “İdlibdəki qanlı əməliyyatı İran başladıb”
11:35 28-02-2020 | icon 75

“İdlibdə son bir ayda meydana gələn hadisələri diqqətli bir şəkildə izləsək, qarşımıza dərin bir İran əməliyyatı çıxır. Qasım Süleymaninin öldürülməsindən sonra Suriyada tarazlığı lehinə çevirmək üçün bir həmlə edən İran Suriyada Türkiyə və Rusiyanı qarşı-qarşıya gətirdi”.

milletinsesi.info xəbər verir ki, bu barədə türkiyəli ekspert Hasan Oktay Kafkassam.com saytında dərc olunan yazısında qeyd edib.

“İran bir tərəfdən struktur dəyişiklikləri ilə boğuşarkən, digər tərəfdən də koronavirusla mübarizə aparır. Bu iki böyük problemin davam etdiyi şəraitdə Qasım Süleymanidən sonra başda Suriya olmaqla, Yəmən, Livan və İraqda apardığı əməliyyatlarda böyük itkilər verir.

Bu mübarizəni uduzacağı halda, İranda böyük dəyişikliklər yaşanacağı üçün Suriyada Bəşər Əsədin orduları daxilindəki qüvvələri ilə İdlib əməliyyatını başlatdı. Yəni İran Suriyadakı milislərini Əsədin ordusu kimi hərəkətə keçirdiyi üçün Əsədin qüvvələri ilə Türkiyə arasında bir müharibə görüntüsü ortaya çıxdı”, - ekspert qeyd edib.