“Azərişıq” ASC-də kadr dəyişikliyi olub

“Azərişıq” ASC-də kadr dəyişikliyi olub
10:42 28-02-2020 | icon 229

“Azərişıq” ASC-də yenidən kadr dəyişikliyi olub.

milletinsesi.info xəbər verir ki, Suraxanı Rayon Enerji Təchizatı və Satış İdarəsinin (RETSİ) istismar şöbəsinin rəisi Araz Məmmədxanov qurumun texniki departamentinin direktoruna müşavir təyin edilib.

Belə ki, A.Məmmədxanov bu vəzifəyə qədər “Bağlar” Elektrik Şəbəkəsinin istismar şöbəsinin rəisi vəzifəsində çalışıb.

Qısa müddət əvvəl “Azərişıq” daxilində aparılan yerdəyişmə nəticəsində Suraxanı RETSİ-nin istismar şöbəsinin rəisi Vahid Nəzərovla yerləri dəyişdirilib.

Hazırda Suraxanı RETSİ-nin istismar şöbəsinin rəisi vəzifəsinə təyinat yoxdur.