Bakıda yüksək sürət qəzaya səbəb oldu - ANBAAN VİDEO

Bakıda yüksək sürət qəzaya səbəb oldu - ANBAAN VİDEO
09:21 28-02-2020 | icon 103

Bakıda avtomobili yüksək sürətlə idarə edən sürücü qəza törədib. 

milletinsesi.info xəbər verir ki, hadisə zamanı “VAZ 2115” yol kənarında dayanmış “Hyundai” markalı avtomobilə çırpılıb. 

Qəza nəticəsində xəsarət alan olmayıb. Hadisə anbaan həmin yolla hərəkət edən avtomobillərdən birində yerləşdirilmiş kameraya əks olunub. 

Videodan görünür ki, yüksək sürətlə hərəkətdə olan “VAZ 2115”in sürücüsü yol kənarında dayanmış avtomobili gec görüb və əyləci vaxtında basa bilməyib. 

Həmin görüntüləri təqdim edirik: