Beyləqanda həbs həyacanı: bu şəxslər həbs oluna bilərlər

Beyləqanda həbs həyacanı: bu şəxslər həbs oluna bilərlər
17:57 27-02-2020 | icon 422

Növbəti həbs dalğasının Beyləqan rayonunda olacağı gözlənilir. Məşğulluq mərkəzinin direktoru və onunla əl bir olan icra nümayəndələri həbs oluna bilərlər. 

Neftçala olayı bir sıra yerli idarəetmə orqanlarını təşvişə saldı. Artıq icra strukturlarında çalışan məmurlar bu olayın həyacanını, şokunu yaşayırlar. Hər an bu təhlükənin onlarıda gözləyir qorxusu ilə çabalayırlar. Əldə etdiyimiz məlumatlarda bildirilir ki, bəzi vəzifəlilər ərizə yazaraq işdən çıxmaq üçün səylər göstərirlər. Necə deyərlər, üzü sulu!.

Xatırlayırsınızsa, ötən həftə yazmışdıq ki, fəaliyyəti araşdırılması gərəkən qurumlardan biri də Beyləqan rayon Məşğulluq Mərkəzi, əməlləri vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vurma, dövlət orqanlarının fəaliyyətinə kölgə salma şübhəsi doğuran vəzifəli şəxslərdən biri isə həmin Mərkəzin rəisi İlham Quliyevdir.

Kimdir bu İlham Quliyev?


İlham Quliyev sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərovun kadrıdır. Səlim Müslümovun nazir dönəmidə isə İlham Quliyev işdən qovulmuşdur. Ancaq Sahil Babayevin Əmək və Əhalinin Sosial Müdafiəsi naziri postuna gətirilməsi İlham Quliyevin sönmüş ulduzunu yenidən parlamatdı.

Özünə yeni komanda formalaşdıran yeni nazir Sahil Babayev Heybət İmanovun ƏSMM-də Daxili Nəzarət İdarəsinin müdiri vəzifəsinə təyin etdikdən sonra İmanovun da İlham Quliyevi Beyləqan Məşğulluq Mərkəzinə direktor təyin etdirir. Bu barədə keçən yazımızda daha geniş və ətraflı məlumat vermişdik. Bu dəfə yazacağımız araşdırılma tələb edən daha ciddi faktlardı. O faktlara bir qədər sonra keçid alacağıq. Hələki, ötən həftə yazdığımız yazılardan bəzi xatırlatmalar edirik.

Əvvəlki, yayımlarımızda qeyd etmişdik ki, ölkə Prezidenti İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin təşkil olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzdində “DOST İş Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Yeni yaradılmış həmin “DOST İş Mərkəzi” MMC-yə heç bir peşə hazırlığı və ixtisas tələb olunmayan işçilər tələb olunur. Bu işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. daxildir. Prosedura görə “İşsizin DOST-u proqramı əsasında işə cəlb olunanlar məhz məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyatda olan vətəndaşlar arasından müəyyən edilir.

Etiraf etməliyik ki, yaradılmış bu əlverişli və münbit şəraitdən həqiqi işə ehtiyac duyan insanlardan Məşğulluq Mərkəzlərinin rəhbərləri daha çox qazanırlar. Bu gün o da heç kəsə sirr deyil ki, ən gəlirli sahələrdən biri, bəlkədə elə birincisi Məşğulluq Mərkəzləridir.

Bu günləri daşıdığı vəzifənin səlahiyyətlərindən sui0istifadə edərək qaz vurub qazan dolduranlardan biri də məhz Beyləqan Məşğulluq Mərkəzinin direktoru İlham Quliyev həzrətləridir. Bildirilir ki, bu şəxs Məşğulluq Mərkəzinə direktor təyin ediləndən Beyləqan rayonunda işsizlərin sayı davamlı olaraq artmaqdadır.
Buna səbəb kimi qeyd edilir ki, İlham Quliyev mərkəzə işsiz və işaxtaran kimi müraciət edən vətəndaşları məşğulluq mərkəzində qeydiyyata durmaq qaydasını özü müəyyənləşdirir. Bu qaydalara özünün lazımsız əlavələrini edib. Bu isə işsiz və işaxtaran vətəndaşlar arasında haqlı narazılıqlar yaradır. Bildirilir ki, işlə təmin olmaq üçün İlham Quliyevin qəbuluna gedən şəxslər, onun kobud və eqaisliyi ilə üzləşirlər, ona görə də ikinci dəfə onun qəbuluna gedib, üzünü belə görmək istəmirlər.

Məsələn, ötən yazımızda yazmışdıq ki, işaxtaran şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran kimi qeydiyyata alınırlar. Şəxs işaxtaran kimi qeydiyyata alındığı zaman onun elektron informasiya sisteminə daxil etdiyi məlumatlar əsasında elektron qaydada fərdi məşğulluq vərəqi tərtib edilir. Hoqqalardan biri odur ki, elektron ərizəni doldurmağı bacarmayan şəxslərə təmənnasız köməklik göstərilmir, onlara 30 manat ödəyib “ASAN imza” açdırmaq, İlham Quliyevin rayonun müxtəlif yerlərindəki inhisarında olan komputer mərkəzlərində bu işi 15 manata gördürmək təklif olunur. Hansıki, bu proses dörd dəqiqə çəkir. Prosedurun ən üzücü mərhələsi isə İlham Quliyevin sənədlərini qəbul etdiyi işsiz vətəndaşla fərdi söhbətidir. Direktor əlinin altında bir-bir çevirdiyi sənədlərə sanki inanmırmış kimi işaxtaran vətəndaşların artıq suallarla vaxtını alır və zəhləsini tökür.

Qeyd etmişdik ki, İlham Quliyev ümumiyyətlə, çörək qazanmaq xatirinə küçə süpürməyə, zibil daşımağa hazır olan insanlara cəmiyyətin “axırıncı sort”, geridə qalmış zümrəsi  hesab edir, onlara “yuxarıdan aşağı” baxır. Hətta onların əxlaqəna belə bələdçilik etmək niyəti güdür.

İkinci məqaləmizdə isə yazmışdıq ki, 24 fevral 2020-ci il tarixdə Beyləqan rayon “Gənclər Mərkəzi”ndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin və Beyləqan rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əmək yarmarkası keçirilib. Əvvəlcədən elan edildiyi kimi, əmək yarmarkasına idarə və müəssisələr tərəfindən 300-ə yaxın vakant (boş) iş yeri çıxarılıb. Hələ bir neçə gün qabaqcadan işaxtranlara vakant (boş) iş yerlər ilə tanış olmaq və özlərinə münasib iş seçmək təklif olunurdu. Rayon Məşğulluq Mərkəzinin direktoru İlham Quliyev və başqa rəsmi şəxslər yarmarkanın açılışında çıxış edərək, əhalinin məşğulluğunun təmin olunması, yoxsulluğun aradan qaldırılması, yeni iş yerlərinin yaradılması məqsədilə həyata keçirilən tədbirlərdən ağız dolusu danışıblar.

Lakin saytımızın əməkdaşı yarmarkada müşahidə apararaq işin forma və mahiyəti arasında xeyli uğunsuzluqlar aşkarlamışdır. Belə ki, əməkdaşımız vakant (boş) iş yerləri yarmarkadakı lövhələrdə göstərilən idarə, müəssisə, təşkilatların rəhbərlərinə, kadr işlərinə cavabdeh vəzifəli şəxslərinə zəng vuraraq məlumatların həqiqiliyi ilə maraqlanıb. Əksəriyyəti bildiriblər ki, rayo Məşğulluq Mərkəzi yarmarkadan hələ bir həftə, on gün öncə həmin iş yerlərinə işçi tapıb və göndəriş verib. Artıq tutulmuş iş yerlərini yarmarkada boş göstərmək, işsiz və işaxtaranların işinə yarımasa da, görünən odur ki,  İlham Quliyevin işinə yaxşıca yarıyıb.

Sözsüz ki, bu sualın cavabını Beyləqan Rayon Məşğulluq Mərkəzinin direktoru İlham Quliyev verməli olduğu halda hələ də susub. Görünür, İlham Quliyev el məsəlində deyildiyi ki, susmaq qızıldır prinsipini sadiq qalaraq danışmamağa üstünlük verib. Yeri gəlmişkən xatırladaq ki, başqa bir el məsəlində də susmağın heç də  yaxşı əlamət olmadığı deyilir.


Həbsləri qaçılmazdır…

Bu günləri isə yazacağımız daha fərqli mövzudur. Bu dəfə İlham Quliyevin yerli ərazi inzibati vahidləri üzrə nümayəndəlikləri ilə korruptiv iş birliyindən söhbət açacağıq. Gələn xəbərlərdə İlham Quliyevin kənd ərazi inzibati vahidi üzrə nümayəndələri ilə də bir sıra korruptiv əlaqələr qurduğu ehtiva edilir.

Belə ki, İlham Quliyevin kənd ərazi inzibati vahidi üzrə nümayəndələrinin vasitəçiliyi ilə mərkəzə işsiz və işaxtaran kimi müraciət edən vətəndaşlardan müxtəlif məbləğdə vəsaitlər toplayaraq, adlarını kəndlərdə müəyyən idarə və müəssisələrdə sosial işçi kimi sənədləşdirməklə korruptiv əməllərə imza atdığı söylənilir. Əslində biz onun bu qədərdə irəliyə gedəcəyinə inanmırıq. Hərçəndki, bunu araşdırmaq hüquq mühafizə, prokurorluq orqanlarının səlahiyyətidir.

Mənbəmiz iddia edir ki, əslində isə heç bir kənddə ictimai işlərin təşkil olunması ilə bağlı heç bir sosial işçi fəaliyyət göstərmir. Bütün bunlar formal xarakter daşıyır. Kəndələrdə belə işçilər yoxdur. Yetər ki, bu istiqamətdə aidiyyəti və səlahiyyətli təşkilatlar araşdırmalar aparsınlar.Yetər ki, son aylar ərzində məşğulluq mərkəzinə tərəfindən işlə təmin olunan kəndlər və rayon daxil olmaqla vətəndaşların siyahısı İlham Quliyevdən tələb olunub, bir gözardı edilsin.

Qarşı tərəfin də söz haqqı var.

Mənbə RealMedia.az