Aptekdə naziri tanımayıb preparatları ikiqat qiymətə satmaq istədilər - VİDEO

Aptekdə naziri tanımayıb preparatları ikiqat qiymətə satmaq istədilər - VİDEO
17:14 27-02-2020 | icon 196

Küveytdə koronavirusa yoluxanların sayı 25-ə çatıb.

Bu səbəbdən ölkədə təşviş yaranıb. Apteklərdə bəzi tibbi preparatlar bahalaşıb.

“AlJazeera”nın məlumatına görə, ölkənin ticarət və sənaye naziri Xalid Əl Ravdan bunun qarşısını almaq üçün maraqlı üsula əl atıb.

O, sadə geyimdə apteklərə qəfil girərək maskaların və bəzi dərmanların qiymətini soruşub.

Naziri tanımayan satıcılar isə ikiqat qiymət deyiblər. Xalid Əl Ravdan həmin apteklərin bağlanılması barədə göstəriş verib.

Agentliyin məlumatına görə, 14 aptek bağlanıb.

Qeyd edək ki, koronavirus epidemiyası ilə əlaqədar Küveytdə bir sıra kütləvi tədbirlər ləğv edilib.