Türkiyədə zəlzələ: Dörd nəfər özünü eyvandan atdı - FOTO

Türkiyədə zəlzələ: Dörd nəfər özünü eyvandan atdı - FOTO
09:14 26-02-2020 | icon 81

Türkiyənin Malatya şəhərində zəlzələ baş verib.

“HaberGlobal”ın yaydığı məlumata görə, zəlzələ 4,9 bal gücündə olub.

Zəlzələ yerli vaxtla 02:03-də Kale rayonunda, yerin 14 kilometr dərinliyində qeydə alınıb. Təkanların Elazığ vilayətində də hiss edildiyi bildirilib.

Narahat olan insanlar gecəni küçələrdə keçirib.

Zəlzələ baş verən zaman təlaşla özünü eyvandan atan dörd nəfər və ürək narahatlığı keçirən iki nəfər xəstəxanaya çatdırılıb.