Paraqvaylı qapıçı qeyri-adi avtoqola imza atdı – VİDEO

Paraqvaylı qapıçı qeyri-adi avtoqola imza atdı – VİDEO
06:21 26-02-2020 | icon 112

Paraqvayın futbol üzrə çempionatının altıncı turu çərçivəsində “Heneral Dias” və “Quarenya” klublarının görüşü baş tutub.

“Tigo Sports” xəbər verir ki, “Heneral Dias” klubunun qapıçısı Qustavo Serdan düşünülməmiş addım ataraq topu öz qapısına göndərib.

Yarımmüdafiəçidən ötürmə alan qapıçı qəfildən rəqib komandanın oyunçusunu aldatmaq fikrinə düşüb.

Lakin pressinqə məruz qalan Q.Serdan qapısına tərəf qaçmalı  olub.

Nəticədə yerə yıxılan qapıçı avtoqola imza atıb.

Bu qol onun komandasını qələbədən məhrum edib.