Xalq artisti Röya konsert günlərini artırdı - VİDEO

Xalq artisti Röya konsert günlərini artırdı - VİDEO
12:00 25-02-2020 | icon 189

Xalq artisti Röya Ayxan mart ayında verəcəyi konsertinin günlərini artırıb.

milletinsesi.info xəbər verir ki, sənətçi Bakı Konqres Mərkəzində verəcəyi konsertinin proqramında dəyişiklik edib. 

Bildirilir ki, konsert 3 gün deyil, 4 gün davam edəcək.

Bu barədə Röya sosial media hesabında videomüraciət yayımlayıb.

Müğənni açıqlamasında 6 mart tarixində konsertə girişin xanımlar üçün pulsuz olacağını,
7, 8, 9 mart tarixlərində isə konsert biletlərinin az sayda qaldığını deyib.

Rəşad Əliyev