Azərbaycanlı hakim İsveçdə ən yaxşı seçildi

Azərbaycanlı hakim İsveçdə ən yaxşı seçildi
10:49 22-02-2020 | icon 106

İsveçin Helsinqborq şəhərində təşkil olunan taekvondo üzrə “Prezident Kuboku”nda təkcə idmançılarımız yaxşı çıxış etməyib.

milletinsesi.info xəbər verir ki, 18 fevral tarixində start verilən yarışda ədalətli qərarlarına görə Azərbaycan Taekvondo Federasiyasının baş hakimi, beynəlxaq dərəcəli hakim Gündüz Abdullayev yarışın “ən yaxşı hakimi” adına layiq görülüb.

Qeyd edək ki, bu yarışda Azərbaycanın böyüklərdən ibarət komandası bir qızıl və dörd bürünc medal qazanıb.