Sankt-Peterburq – Bakı aviareysi ləğv edilib

Sankt-Peterburq – Bakı aviareysi ləğv edilib
09:42 22-02-2020 | icon 100

Bu gün Rusiyanın "Nordavia – Regional Hava Yolları" tərəfindən həyata keçirilən Sankt-Peterburq - Bakı aviareysi ləğv edilib.

milletinsesi.info xəbər verir ki, təyyarə “Pulkovo” aeroportundan saat 11:00-da havaya qalxmalı, saat 15:30-da Heydər Əliyev adına Beynəlxalq Hava Limanında eniş etməli idi.

Uçuşun hansı səbəbdən ləğv edilməsi haqqında məlumat verilmir.