Gəncədə 160-dan çox sürücü cərimələndi - VİDEO

Gəncədə 160-dan çox sürücü cərimələndi - VİDEO
21:49 20-02-2020 | icon 145

Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul xidmətinin və Dövlət Yol Polis şöbəsinin əməkdaşlarının keçirdiyi reyd xeyli intizamsız sürücünü aşkara çıxarıb.  

milletinsesi.info xəbər verir ki, axşam saatlarında başlayan reyd şəhərin Heydər Əliyev, Şah İsmayıl Xətai, Əziz Əliyev, Üzeyir Hacıbəyov prospektləri, Yeni Gəncə yaşayış massivi, Poçt qəsəbəsində və avtomobillərin sıx olduğu digər yerlərdə bir çox mübahisəli məqamlara səhnə olub.  

Reyd zamanı 160-dan artıq sürücü cərimələnib. Bunların arasında dörd sərxoş, 30-dan artıq digər qayda pozan sürücülər var.  

Konstruksiya dəyişikliyinə görə saxlanılan sürücülərin avtomaşınları cərimə meydançasına aparılıb.