Yeni deputat olan xanım siyasi işlərlə məşhurlayan prokurorun həyat yoldaşı imiş

Yeni deputat olan xanım siyasi işlərlə məşhurlayan prokurorun həyat yoldaşı imiş
12:51 18-02-2020 | icon 518

9 fevral Milli Məclisə keçirilən növbədənkənar seçkilərdə yeni simalar da deputat elan olunub. Onlardan biri də 57 Saylı Kürdəmir Seçki Dairəsindən qalib elan olunan Əminə Ağazadədir.

Gununsesi.org-un araşdırması zamanı bəlli olub ki, Əminə Ağazadə bir çox siyasi məhbusların istintaqı ilə məşhurlaşan prokurorluq işçisi İbrahim Ləmbəranskinin həyat yoldaşıdır.

Qeyd edək ki, o, 2011-ci ildən etibarən, Quba hadisələri, "NİDA”çıların işi, Leyla Yunus, Rauf Mirqədirovun işi kimi bir çox siyasi motivli hadisələrdə məşhurlaşıb.

Qeyd edək ki, Ləmbəranski Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin müstəntiqliyindən sonra Bakı şəhərinin Priallahı rayonunun prokuroru vəzifəsinə təyinat alıb. 

Mənbə Gununsesi.org

P.S. Məsələ ilə bağlı adları çəkilən şəxslərlə əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmadı. Qarşı tərəfi də dinləyib, münasibətin ictimailəşdirməyə hazırıq.