“Bank Respublika” ASC-nin sahibinin oğlu faciəli şəkildə vəfat edib?

“Bank Respublika” ASC-nin sahibinin oğlu faciəli şəkildə vəfat edib?
12:49 18-02-2020 | icon 259

“Bank Respublika” ASC-nin sahibi Natiq Quliyevin 15 yaşlı oğlu qəfil vəfat edib.

MillətinSəs.info-nun məlumatına görə, bu gün gecə saatlarında Natiq Quliyevin oğlunun hərarəti yüksəldiyi üçün evə təcili tibbi yardım çağırılıb.

Həkimlərin ilkin müdaxiləsinə rəğmən, gənci xilas etmək mümkün olmayıb.

Hazırda Bakının Məmməd Araz küçəsi 4 ünvanında - Azərbaycan Mətbuat Şurasının binası önünüdə Natiq Quliyevin 17 yaşlı oğlu ilə vida mərasimi keçirilir. Mərasimə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rustəmov və digər bank rəhbərləri qatılıblar.   

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva “Qafqazinfo”ya bildirib ki, Təcili Tibbi Yardıma çağırış dünən axşam saatlarında gəlib: “Evdə uşağa təcili yardım gəlmədən antibiotik vurulub. Bu zaman uşaq anafilaktik şok keçirib. Yeniyetmənin 15 yaşı var”.

Qeyd edək ki, vəfat edən yeniyetmə “Bank Respublika”nın sahibi Natiq Quliyevin oğludur. N. Quliyev 2016-2017-ci illərdə Bank Respublikanın Müşahidə Şurasının sədri olub. 2017-ci ildən bankın Müşahidə Şurasının üzvü və əsas səhmdarıdır.

2004-cü il təvəllüdlü Quliyev Emil Natiq oğlunun yaşadığı evdə vəfat etməsi faktına görə Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.