Tanınmış model: “Bir kişi ilə əl-ələ gəzmək üçün...” - FOTO

Tanınmış model: “Bir kişi ilə əl-ələ gəzmək üçün...” - FOTO
11:56 18-02-2020 | icon 70

“Bir kişi üçün məyus olmağın boş olduğunu anladım. Təbii ki, hamımız gənc idik, sevdik. Hamısı təcrübə oldu”.

Sözcü.com-un məlumatına görə, bunu cazibədar model Çağla Şikel deyib.

“Yaşadığım bütün pis xatirələrə təşəkkür etməyi öyrəndim. Kiminsə həyatıma daxil olmasını istəmirəm. Onsuz da çox az insanla görüşməyə başlamışam”, - Şikel bildirib.

Cazibədar model müxbirlərin “yanınızda yenidən kimisə görəcəyikmi?” sualını da cavabsız qoymayıb:

“Mən də istərdim, amma indi təkbaşına olmağı mən seçdim. Gələcəkdə yanımda kiminsə olmasını da mən istəyəcəm. Sevgi, əlbəttə ki, çox gözəl bir hissdir, amma bundan sonra hər hansı bir sevgi yaşamaram. Xoşum gəldiyi üçün kiminləsə birlikdə ola bilmərəm. Bir kişi ilə əl-ələ gəzmək üçün çox böyük bir sevgi yaşamalıyam”.