Bakı metrosunda həyəcanlı anlar: Sərnişin qatar yoluna yıxıldı

Bakı metrosunda həyəcanlı anlar: Sərnişin qatar yoluna yıxıldı
12:35 14-02-2020 | icon 456

Bu gün Bakı metrosunda həyəcanlı anlar yaşanıb.

milletinsesi.info xəbər verir ki, saat 10:54 radələrində metronun “Memar Əcəmi” stansiyasında bir qadın stansiya yoluna yıxılıb.

Hadisə nəticəsində qatarların hərəkətində gecikmə olub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı milletinsesi.info-a təsdiqləyib.

O bildirib ki, qadının hansı şəraitdə stansiya yoluna düşdüyü hələlik bəlli deyil:

“Bu məsələ intihar kimi qiymətləndirilməsin. Metronun “Memar Əcəmi” stansiyasında orta yaşlı qadın stansiya yoluna yıxılıb. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Əməkdaşlar tərəfindən qadın qatar relslərindən çıxarılaraq, polis əməkdaşlarına təhvil verilib. Nəticədə, qatarların hərəkətində 10-15 dəqiqəyə yaxın gecikmə yaranıb”.