Salyanın “açar”ı - VİDEO

Salyanın “açar”ı - VİDEO
11:56 14-02-2020 | icon 172

Salyan rayonunda 36 ildir asılan açarın maraqlı tarixçəsi var.

Baku TV xəbər verir ki, şaquli paralel beton dirəklər arasında asılı qalmasına baxmayaraq, açarın nəyin rəmzi olduğunun fərqinə varan olmayıb.

Açar rayonda avtovağzal binası tikilən vaxtdan quraşdırılıb. Alüminium və digər əlvan metalların qarışığından hazırlanan və çəkisi 100 kiloqrama yaxın olan bu açar Bakıda sifarişlə hazırlanıb. 

Açar cənub qapısın girişini simvolizə edir.

Açar uzun illərdir qorunub saxlanılır.