Nizami rayonu Tofiq Abbasov küçəsi 4 ünvanında yerləşən beşmərtəbəli binalarının vəziyyətindən şikayətçidirlər 

Nizami rayonu Tofiq Abbasov küçəsi 4 ünvanında yerləşən beşmərtəbəli binalarının vəziyyətindən şikayətçidirlər 
01:56 14-02-2020 | icon 513

Nizami rayonunda sakinlər yaşadıqları binanın pis vəziyyətdə olmasından şikayət edirlər.

Bu barədə milletinsesi.info-a binada yaşayan sakinlər məlumat verib.

Söhbət Nizami rayonu Tofiq Abbasov küçəsi 4 ünvanında yerləşən beşmərtəbəli binadan gedir. Bina sakinləri blokun bərbad vəziyyətdə olmasından şikayət edirlər:

“2017-ci ildən binanın bloku pis vəziyyətdədir. Məsələ ilə bağlı ərazi üzrə Mənzil-Kommunal Təsərrüfatı Birliyi də daxil olmaqla, bir çox quruma müraciət etmişik. Ötən il Nizami rayonunda binaların blokları təmir edilib. Lakin təmirdən sonra da bizim problemlərimiz həll olunmayıb. Blokun içərisi çox səliqəsizdir. Biz binanın beşinci mərtəbəsində yaşayırıq. Tək bizim blokda deyil, digər iki blokda da beşinci mərtəbədə yaşayan sakinlərin evlərinə su damır.

O vaxt binaların damında olan su çənləri götürülürdü. Həmin vaxt ehtiyatsızlıqdan dam örtüklərinə ziyan dəyib. Lakin, problemin yaranmasına səbəb olan şəxslər onun həlli üçün heç bir tədbir görməyib. Yağış yağan kimi həm evə, həm də bloka su gəlir. Bu yaxınlarda nəmişlikdən blokun tavanının 1 kv.m-ə yaxın hissəsi qopub düşüb. Övladım evdən bir neçə saniyə gec çıxsaydı, ağır xəsarət ala bilərdi. Xahiş edirik, problemin həlli üçün köməklik göstərəsiniz”.