Almaniyadakı qaçqın düşərgəsində dava salan azərbaycanlı barədə qərar verildi

Almaniyadakı qaçqın düşərgəsində dava salan azərbaycanlı barədə qərar verildi
01:14 14-02-2020 | icon 603

2019-cu ilin avqust ayında Almaniyanın Deggendorf şəhərində mühacir düşərgəsində kütləvi davaya görə həbs edilən azərbaycanlı ilə bağlı məhkəmə yekunlaşıb.

Br.de saytının verdiyi xəbərə görə, azərbaycanlılarla nigeriyalar arasında düşərgədə başlanan kütləvi davada 30-a yaxın adam iştirak edib. Kütləvi davaya polis müdaxilə etməyə məcbur olub. Bu zaman 37 yaşlı bir azərbaycanlı polis əməkdaşlarına daş ataraq yaralayıb.

Həmin hadisə ilə bağlı ilk olaraq altı nəfər saxlanılıb, ikisi polisin nəzarətinə verilib, dördü isə həbs edilib. Onlardan ikisi 19 yaşlı və 37 yaşlı azərbaycanlılar olub. İstintaq zamanı 19 yaşlı azərbaycanlı da azadlığa buraxılıb.

Sonuncu məhkəmə iclasında isə 37 yaşlı azərbaycanlı günahını etiraf edərək davanın hansı səbəbdən başladığından məlumatsız olduğunu deyib. O bildirib ki, sərxoş olduğu üçün səbəbini bilmədiyi davaya qarışıb və polislərə daş atıb. 37 yaşlı azərbaycanlı məhkəmədə xəsarət yetirdiyi polis əməkdaşlarından üzr istəyib.

Prokuror çıxış edərək onun iki il altı ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə isə cinayəti səmimi etiraf etdiyini, zərərçəkmişlərdən üzr istədiyini nəzərə alaraq 37 yaşlı azərbaycanlıya şərti cəza verib və o, azadlığa buraxılıb.