Türkürpədici qətl: Arvadının boğazını kəsdi, dərisini soydu, iz itirmək üçün meyiti doğradı

Türkürpədici qətl: Arvadının boğazını kəsdi, dərisini soydu, iz itirmək üçün meyiti doğradı
23:14 13-02-2020 | icon 386

Meksikada 25 yaşlı qadın əri tərəfindən vəhşicəsinə qətlə yetirilib. Ölkənin paytaxtı Mexiko şəhərində İnqrid Eskamilla Varqas adlı gənc qadın əri tərəfindən boğazı kəsilərək öldürülüb.

Bu barədə “Haber Global” məlumat yayıb.

Cinayətkar ər arvadını öldürdükdən sonra üzündən başlayaraq ayaqlarına qədər onun dərisini soyub. Daha sonra isə daxili orqanlarını çıxarıb. Bundan sonra da cəsədi hissələrə ayırıb.

Vəhşi cinayət hadisəsi Meksika xalqını ayağa qaldırıb. Ölkə mətbuatında bu hadisə gündəmə çevrilib. İnsanlar küçələrə axışaraq etiraz aksiyası keçirməyə başlayıblar.

İnsanlar İnqridin yaşadığı evi gül dəstələrinə qərq ediblər.

Cinayətkar ər Erik Fransisko Robledo polisə hadisəni guya özünümüdafiə zəmnində etdiyini bildirib. Daha sonra törətdiyi cinayəti detallarına qədər təsvir edib.