Ağstafada ana qızına görə intihar etdi

Ağstafada ana qızına görə intihar etdi
22:56 13-02-2020 | icon 155

Ağstafa rayonunda qızının xəstə olduğunu bilən ana intihar edib.

“Report”un  məlumatına görə, hadisə Zəlimxan kəndində baş verib.

Həmin kəndin sakini, 77 yaşlı Gülşən Əliyeva özünü həyətindəki yardımçı tikilidə asıb.

Ahıl qadının intiharına səbəb isə qızının səhhətində yaranan problemlər olub. O, övladının boğazında şiş olmasını eşidib. Bundan sonra qadın depressiyaya düşərək intihar edib.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma aparılır.